Onlayn ünsiyyət zamanı səhv etmək və ya qarşı tərəfi düzgün başa düşməmək çox asandır. Mesencerlərdəki qısa mesajlar tez-tez yanlış yozulur. Anlaşılmazlığın əsas səbəblərindən biri də durğu işarələri olur. “Emily Post Etiketi: Yubiley nəşri” kitabının həmmüəllifi Daniel Post Senninqin qeyd etdiyi kimi, mətnin qəbuluna ən güclü təsir edən işarə məhz nöqtədir.
Mütəxəssis izah edir: “Məsələn, ‘Gülməlidir!’ və ‘Çox gülməlidir.’ ifadələri arasında böyük fərq var - oxucu onları tamamilə fərqli şəkildə qəbul edəcək”.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, xüsusi diqqətə layiq olan digər işarə isə nida işarəsidir.
Senninqin sözlərinə görə, insanlar rəqəmsal ünsiyyətdə nöqtədən daha sərbəst şəkildə nida işarəsindən istifadə edir, həmçinin emojilərə də tez-tez müraciət edirlər. Qısa bir cümlənin sonunda qoyulan nöqtə isə bəzən qıcıq və ya soyuqluq siqnalı kimi qəbul edilə bilər. Buna görə də, bir-iki sözdən ibarət cavablarda ondan istifadə etmək tövsiyə olunmur.
Bununla belə, nöqtə ciddi mesaj və ya vacib sual yazılarkən yerinə düşür — burada məhz vacibliyi vurğulamaq lazımdır. Amma zarafat edərkən çox diqqətli olmaq gərəkdir: əgər qarşı tərəflə münasibət kifayət qədər yaxın deyilsə, yazılan zarafat düşündüyünüz kimi səslənməyə bilər.
“Yazışmada gülməli olmaq çox çətindir”, - Senninq xatırladır.
Onun məsləhəti budur: həmişə özünüzdən soruşun - “Mən bu insanı kifayət qədər yaxşı tanıyırammı ki, o mənim zarafatımı düzgün başa düşsün?”
Nida işarələrinə gəlincə, onlar daha çox müsbət qarşılanır. Sevinci, entuziazmı göstərmək və ya ünsiyyətin yüngül tonunu qorumaq üçün onlardan rahatlıqla istifadə etmək olar.
“Emojilər və nida işarələri mətnə istilik və səmimiyyət qatmağa kömək edir. Onlar nadir hallarda artıq sayılır, əksinə açıqlığın göstəricisi kimi qəbul olunur”, - ekspert vurğulayır. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:53 / 09.09.2025
Mesaj yazarkən etdiyiniz ən BÖYÜK SƏHV
Hazırda oxunan: Mesaj yazarkən etdiyiniz ən BÖYÜK SƏHV
Hazırda oxunan: Mesaj yazarkən etdiyiniz ən BÖYÜK SƏHV
269515
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.