Kanak xalqının mübarizəsi mövzusunda görüş keçirilib

Kanak xalqının mübarizəsi mövzusunda görüş keçirilib

Hazırda oxunan: Kanak xalqının mübarizəsi mövzusunda görüş keçirilib

269012

Sentyabrın 5-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Kanak xalqının müstəqillik uğrunda mübarizəsinə həsr olunmuş “Kanak xalqının mübarizəsi: beynəlxalq hüquq və dekolonizasiya perspektivləri” mövzusunda videokonfrans formatında görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Videokonfrans Kanak xalqının himni ilə başlayıb.

Videokonfransda Fransanın müstəmləkəsi olan müxtəlif dənizaşırı ərazilərindən – Kanaki (Yeni Kaledoniya), Korsika, Fransız Qvianası, Reyunyon, Maohi Nui (Fransız Polineziyası), Qvadelup və Martinikdən olan müstəqillik hərəkatlarının və siyasi partiyaların liderləri iştirak edərək, sözügedən ərazilərdə müstəqillik və öz müqəddəratını təyin etmə hüququ məsələlərini müzakirə etmişlər. Onlar öz təcrübə və fikirlərini bölüşərək, beynəlxalq həmrəylik və dəstək mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulamışlar. Bu cür görüşlər, dənizaşırı ərazilərdə mövcud olan kolonial və postkolonial problemlərin həllinə töhfə vermək və müstəqillik uğrunda mübarizəni daha effektiv təşkil etmək üçün önəmli platforma rolunu oynadığını iştirakçılar vurğulamışdır.

Videokonfrans zamanı Bujival Sazişindən sonrakı vəziyyət və müstəqilliyin elan olunması istiqamətində atılacaq zəruri addımlar iştirakçılar arasında geniş müzakirə olunmuşdur.

Kanak nümayəndələri bir daha Bujival Sazişini rədd etdiklərini bəyan edərək Fransa ilə sadəcə müstəqillik üzərində qurulmuş dialoqların aparılmasının tərəfdarı olduqlarını qeyd etdilər. Bakı Təşəbbüs Qrupu, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi, Nazione, Qvadelupun Azadlığı üçün Xalq Birliyi, Qvadelup Beynəlxalq Təzminat Hərəkatı və Proqressiv Multıkultural Yeni Kaledoniya təşkilatlarının rəhbərləri bu məsələ ilə bağlı geniş müzakirələr aparmışlar. Görüşün sonunda BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində birgə addımların atılmasına dair razılıq əldə edilmişdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO