Bakıdakı ağır qəzada avtomobildən 2 nəfərin meyiti çıxarıldı – RƏSMİ

Bakıdakı ağır qəzada avtomobildən 2 nəfərin meyiti çıxarıldı – RƏSMİ

Hazırda oxunan: Bakıdakı ağır qəzada avtomobildən 2 nəfərin meyiti çıxarıldı – RƏSMİ

268998

Məlumat verildiyi kimi, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO