Lənkəran rayon prokurorunun işinə xitam verildi - FOTO

Lənkəran rayon prokurorunun işinə xitam verildi - FOTO

Hazırda oxunan: Lənkəran rayon prokurorunun işinə xitam verildi - FOTO

268585

Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Lənkəran rayon prokuroru baş ədliyyə müşaviri Taryel Ələkbərov işdən çıxarılıb.

 

Sfera.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, T.Ələkbərovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar baş prokuror Kamran Əliyev bu gün onu qəbul edib.

 

Görüşdə K.Əliyev  ona prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı və hədiyyə təqdim edib.

 

Taryel Ələkbərovun prokurorluq orqanlarında keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, eləcə də uzun illər cinayətkarlığa qarşı mübarizə sahəsində  müxtəlif kateqoriyadan olan cinayətlərin istintaqı və bu sahədə gənc mütəxəssislərin formalaşmasındakı səmərəli fəaliyyəti qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO