DİQQƏT: Bəzi ərazilərdə qaz olmayacaq

DİQQƏT: Bəzi ərazilərdə qaz olmayacaq

Hazırda oxunan: DİQQƏT: Bəzi ərazilərdə qaz olmayacaq

268422

“I Zabrat” QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Zərdabi küçəsində və Nərimanov rayonunun Ş.Rəhimov küçəsində siyirtmənin yerinin dəyişdirilməsi məqsədilə 03.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Bizim.Media-ya “Azəriqaz” İB-dən bildirilib.

Təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir, Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə, C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N.

Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO