Universitetlərdə dərslər bu tarixdə başlayacaq - RƏSMİ

Universitetlərdə dərslər bu tarixdə başlayacaq - RƏSMİ

Hazırda oxunan: Universitetlərdə dərslər bu tarixdə başlayacaq - RƏSMİ

268404

2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bütün təhsil müəssisələrində tədris sentyabrın 15-də başlayacaq.
 

Qeyd edilib ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.


"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO