"Naxtel" mobil operatoru fəaliyyətini dayandırır - FOTO

"Naxtel" mobil operatoru fəaliyyətini dayandırır - FOTO

Hazırda oxunan: "Naxtel" mobil operatoru fəaliyyətini dayandırır - FOTO

268106

Dekabr ayının birindən "Naxtel" MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.

Bizim.Media xəbər verir ki, "Naxtel" MMC abunəçiləri hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil operatorlara ("Azercell", "Bakcell", "Nar") müraciət etmələri tövsiyə olunur.
 

Dekabrın birindən yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək.


Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan, lakin istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO