DTX-nin avtomobilləri satışa çıxarılır - FOTO

DTX-nin avtomobilləri satışa çıxarılır - FOTO

Hazırda oxunan: DTX-nin avtomobilləri satışa çıxarılır - FOTO

26785

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 27-də təşkil ediləcək hərraca 31 dövlət əmlakı çıxarılacaq.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata əsasən, bunlara 20 kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 11 nəqliyyat vasitəsi aiddir.

Belə ki, hərracda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Daxili İşlər Nazirliyinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin balansında olan avtomobillər satışa çıxarılacaq. Hərracda avtomobillərin start qiyməti 2 500 manatdan başlayır.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 56 dövlət əmlakı hərraca çıxarılır


Eləcə də respublikanın rayon və şəhərlərində kiçik müəssisə və obyektlər də təkrar hərraca çıxarılacaq.

Həmçinin, Xaçmaz şəhərindəki internat məktəbinin yarımçıq tikilisinin də özəlləşdirilməsi nəzərdə tutulur. Onun ilkin satış qiyməti 35 000 manatdan başlayır.  

Eyni tarixdə təkrar hərraca çıxarılacaq dövlət nəfinə müsadirə edilmiş əmlakların siyahısında noutbuklar, kompüter aksesuarları, müxtəlif markalı mobil telefonlar, yaddaş kartları və s. texniki avadanlıqlar da var.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO