Bu il Azərbaycana neçə turist gəlib? – RƏSMİ AÇIQLAMA

Bu il Azərbaycana neçə turist gəlib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bu il Azərbaycana neçə turist gəlib? – RƏSMİ AÇIQLAMA

267805

“Azərbaycanda daxili turizmdə ciddi artım müşahidə olunur. Ötən il ölkə daxilində 23 milyon səfər qeydə alınmışdısa, bu il göstəricinin 25 milyona çatacağı gözlənilir”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, daxili səfərlərin illik orta hesabla 40 faizi yay mövsümünə təsadüf edir:
 

“İyun-avqust ayları Azərbaycanda həm yerli, həm də xarici turistlərin ən çox səyahət etdiyi dövrdür. Hazırkı statistikaya əsasən, 7 ayda ölkəyə 1 milyon 478 min əcnəbi gəlib. Avqust nəticələri ilə bu rəqəmin 1 milyon 700 mini keçməsi proqnozlaşdırılır”.


Quluzadə əlavə edib ki, ötən illə müqayisədə 1-2 faiz azalma müşahidə olunur. Bu isə əsasən regiondakı geosiyasi dəyişikliklər və münaqişələrlə bağlıdır:

“Əsas bazarlarımızdan olan Rusiya və Hindistandan gələn turistlərin sayındakı azalma ümumi statistikanı da təsirləndirib. Yaxın Şərqdəki qarşıdurmalar isə uçuşların gecikməsi və səfərlərdə çətinliklər yaradıb. Hazırda digər bazarların – Orta Asiya, Qərbi və Şərqi Avropanın hesabına turizmin dayanıqlığı təmin edilir”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO