Ağdam minalardan 12 ilə TƏMİZLƏNƏCƏK? - EKSPERT

Ağdam minalardan 12 ilə TƏMİZLƏNƏCƏK? - EKSPERT

Hazırda oxunan: Ağdam minalardan 12 ilə TƏMİZLƏNƏCƏK? - EKSPERT

26776

Xəbər verildiyi kimi Azərbaycan Minatəmizləmə Agentliyi (AMA) işğaldan azad edilən ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

Bəlli olub ki, AMA iyunun 21-dən 25-dək işğaldan azad edilən ərazilərdə 84 piyada əleyhinə, 74 tank əleyhinə mina, 134 partlamamış hərbi sursat (PHS) aşkarlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda nə qədər mina basdırılıb? – Ekspertdən ŞOK RƏQƏM


Bizim.Media xəbər verir ki, məsələyə “Facebook” hesabında münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoğlu 1 həftədə 158 minanın zərərsizləşdirildiyini xatırladıb. O, bildirib ki, bu templə yalnız Ağdam rayonunu minalardan təmizləmək üçün  11,8 il lazım gələcək:

“Xatırlayırsızsa, 2021-ci il iyunun 12-də 15 nəfər erməni təhvil verib, əvəzində  Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Ermənistandan almışıq. Allah mina təmizləyən igidlərimizi qorusun”, deyə ekspert əlavə edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO