Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib

Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib

Hazırda oxunan: Ədliyyə Nazirliyinə yeni səlahiyyət verilib

267416
Prezident İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Moderator.az -ın məlumatına görə, dəyişikliyə əsasən, notariuslara münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə ədliyyə naziri, onun müavinləri, Ədliyyə Nazirliyinin Aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının qeydiyyat və notariat üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri baxacaq.xa0

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO