Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 200 avtomobil gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 18, Mazımqara gömrük postunda 10, Samur gömrük postunda 74 yük maşını var.
Eyni zamanda, Biləsuvar gömrük postunda gözləyən avtomobillərin sayı isə 75-dir.
Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur.
Bizim.Media