Azərbaycanda gənclərin sayı artıb - STATİSTİKA

Azərbaycanda gənclərin sayı artıb - STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda gənclərin sayı artıb - STATİSTİKA

267013

Azərbaycan əhalisinin 22,6 faizini gənclər təşkil edir.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 2,3 milyon nəfəri gənclərdən ibarətdir. Gənclərin 52,8 faizi şəhər yerlərində, 47,2 faizi kəndlərdə yaşayır.

 

Gənclərin 47,9 faizini qadınlar təşkil edir. Azərbaycan qanunvericiliyinə əsasən, gənc dedikdə 15-29 yaş aralığında olan insan nəzərdə tutulur.

 

2022-ci illə müqayisədə 2023-cü ildə gənclərin sayında artım qeydə alınıb. Bir il əvvəl gənclərin sayı 2,295 milyon nəfər idi. Gənclərin sayı artsa da onun ölkə əhalisində payı azalıb. Bir il əvvəl əhalinin 22,7 faizi gənclər idi. Statistika göstərir ki, gənclər şəhərlərdə yaşamağı üstün tuturlar.

 

2023-cü ilin sonunda 5,55 milyon gənc şəhərlərdə yaşayıb. Əvvəlki ildə bu göstərici 5,52 milyon, 2000-ci ildə 4,11 milyon idi.

 

Vasif

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO