“Sərtləşmə ancaq Allahın evləri və toylarda olmalıdır?” – Hacı İlqardan Operativ Qərargaha SUAL

“Sərtləşmə ancaq Allahın evləri və toylarda olmalıdır?” – Hacı İlqardan Operativ Qərargaha SUAL

Hazırda oxunan: “Sərtləşmə ancaq Allahın evləri və toylarda olmalıdır?” – Hacı İlqardan Operativ Qərargaha SUAL

26700

“Məscidlərə girəndə 50 nəfərlik limit, COVİD pasport, maska və s. məhdudiyyətlər ləğv olunduqdan sonra yenə də məscidlərdə bunlar tələb olunurdu. Son 3 gündür siqnallar gəlir ki, bu tələblər səngiyib. Allah eləsin ki, bu belə olsun. Təbii ki, absurddur. Diskriminasiyanın hər növü var idi. Uşaqla bağlı yığışıldı, COVİD pasportu – marketə gedir yox, mall-a gedir yox.

Məscidə gedir pasport göstrməlidir. Məscidin ölçülərindən asılı olmayaraq 50 nəfərdən artıq insan toplaşa bilməz. 

Bu cüməni də gözləyək görək necə olur, bu diskriminasiya da yığışmalıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?


Bizim.Media xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı İlqar İbrahimoğlu canlı yayımların birində səsləndirib.

Hacı İlqar çıxışının davamında bildirib ki, məscidlərə 50 nəfərin toplaşması icazəsi də absurddur və inşallah ləğv olunar:

“Ticarət mərkəzlərində niyə limit qoyulmur? Bapbalaca avtobusa niyə hamı minir? Protokol qaydasına uyğun ölkənin hər yerində necədirsə, qoy məsciddə də elə olsun. Sərtləşmə ancaq Allahın evləri və toylarda olmalıdır?”- deyə İbrahimoğlu fikirlərini bildirib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO