Hər gün neçə alma yeməliyik? - Mütəxəssislərin cavabı

Hər gün neçə alma yeməliyik? - Mütəxəssislərin cavabı

Hazırda oxunan: Hər gün neçə alma yeməliyik? - Mütəxəssislərin cavabı

266953

Alma dünyanın ən çox sevilən və faydalı meyvələrindən biridir. Həm dadı, həm də sağlamlığa təsiri ilə seçilən bu meyvə gündəlik rasionda özünə xüsusi yer tutur.

Bizim.Media xəbər verir ki, qədimdən bəri “gündə bir alma həkimi evdən uzaq tutar” deyimi də təsadüfi deyil. Bəs əslində hər gün neçə alma yemək lazımdır?

Dietoloqların fikrincə, sağlam bir insanın gündə 1–2 ədəd orta ölçülü alma yeməsi kifayətdir. Bu miqdar həm vitamin, həm də lif baxımından orqanizmin ehtiyacını qarşılayır.
 

Niyə məhz alma? Öncəliklə, vaminlə zəngindir – A, B, C, E vitaminləri immun sistemini gücləndirir. Həzm sistemini yaxşılaşdırır, bağırsaqların normal işləməsinə kömək edir. Qan şəkərini tənzimləyir. Tərkibindəki təbii şəkərlər və pektin maddəsi şəkərin sürətlə qalxmasının qarşısını alır.


Ürək-damar sağlamlığına müsbət təsir edir. Bundan başqa, qan dövranını yaxşılaşdırır və xolesterini azaldır. Arıqlamağa kömək edir, toxluq hissi verdiyi üçün pəhrizdə ən çox tövsiyə olunan meyvələrdən biridir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO