Biləsuvar rayonunda yol qəzası zamanı xəsarət alan yeniyetmə həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, müalicə olunduğu xəstəxanada bu gün dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Biləsuvarda yeniyetmənin idarə etdiyi avtomobil QƏZAYA UĞRADI
Xatırladaq ki, hadisə martın 1-də Biləsuvar–Bəhramtəpə avtomobil yolunun rayonun Nərimankənd kəndindən keçən hissəsində baş vermişdi.
2008-ci il təvəllüdlü E. Muradlı atasına məxsus "Niva" markalı avtomobili idarə edərkən sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıqlandırma dirəyinə çırpılaraq aşıb.
Qəza nəticəsində sürücü və sərnişin – 2011-ci il təvəllüdlü Tunar Əlizadə xəsarət alıb. Onlar əvvəlcə rayon xəstəxanasına çatdırılıb, daha sonra Tunar Əlizadə ixtisaslaşmış tibb müəssisəsinə göndərilmişdi.
Sabutay, Bizim.Media, Cənub bürosu