Laçında həlak olan hərbçilər Sumqayıtda dəfn olundu – YENİLƏNİB - FOTO 

Laçında həlak olan hərbçilər Sumqayıtda dəfn olundu – YENİLƏNİB - FOTO 

Hazırda oxunan: Laçında həlak olan hərbçilər Sumqayıtda dəfn olundu – YENİLƏNİB - FOTO 

26685

İyunun 28-də Laçın rayonu ərazisində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilər Sumqayıtda dəfn olunub. 

Bizim.Media xəbər verir ki, kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Müdafiə Nazirliyinin məlumatına görə, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub. 

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. 

***


Laçın rayonunda həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO