“Rusiya 3,5 illik Ukrayna münaqişəsi ərzində ilk dəfə Trampa ciddi güzəştə getdi. Onlar bir sıra əsas tələblərlə bağlı elastiklik göstərdilər. Müharibənin başa çatması üçün nələrin lazım olduğunu müzakirə etməyə başladılar”.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.
“Mən demirəm ki, ruslar hər şeydə güzəştə getdilər. Amma onlar etiraf etdilər ki, müharibədən sonra Ukrayna ərazi bütövlüyünü saxlayacaq. Onlar həmçinin Kiyevdə marionet rejim qura bilməyəcəklərini qəbul etdilər — halbuki bu, əvvəlcə əsas tələblərdən biri idi. Rusiya mürəkkəb səbəblərə görə atəşkəs istəmir. Biz Rusiyanın hərəkətlərinə nəzarət etmirik, əgər nəzarət etsəydik, müharibə hələ yeddi ay əvvəl bitmiş olardı”.
O qeyd edib ki, nəticə etibarilə, Ukraynalılar ölkələrinin sərhədlərinin haradan keçəcəyinə özləri qərar verəcəklər: “Əgər İkinci Dünya müharibəsinə və ya bəşər tarixindəki hər hansı böyük münaqişəyə nəzər salsaq, onların hamısı danışıqlarla sona çatıb”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:49 / 24.08.2025
Vens: “Rusiya 3,5 illik Ukrayna münaqişəsi ərzində ilk dəfə Trampa ciddi güzəştə getdi” - VİDEO
Hazırda oxunan: Vens: “Rusiya 3,5 illik Ukrayna münaqişəsi ərzində ilk dəfə Trampa ciddi güzəştə getdi” - VİDEO
Hazırda oxunan: Vens: “Rusiya 3,5 illik Ukrayna münaqişəsi ərzində ilk dəfə Trampa ciddi güzəştə getdi” - VİDEO
266812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.