Avtobusdan 2650 manat tapan Tahir Orucov onu sahibinə qaytarıb.
Bizim.Media xəbər verir ki, Vətən Müharibəsi Veteranları Təşkilatı sədrinin birinci müavini Tahir Orucov “TikTiok”da pul tapdığını elan edib və vəsaitin sahibini axtarıb.
39 nömrəli avtobusda pul tapdığını elan edən Tahir Orucov bir günə bu məsələni həll edib.
O deyib ki, ilk dəfə özü üçün sosial şəbəkə hesabını məhz buna görə açıb və elan verib. Pulu itən şəxs isə kondisioner ustası olub.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media