Bizim.Media bu günə olan bir sıra xalq inanclarını təqdim edir.
İnanca görə, avqustun 23-də su hövzələrində ləpələnmə yoxdursa, deməli payız küləksiz, fırtınasız olacaq.
Durnalar cənub istiqamətinə yola düzəliblərsə, qış erkən düşəcək, noyabrdan şaxtalar olacaq. Səhər erkən otluqda zərif qırov görünürsə, qış qarlı-boranlı olacaq.
Cökə ağacları qızılı toza bürünübsə, bol meyvə-tərəvəz olması gözlənilir. Quş səsləri az eşidilirsə, tezliklə leysan ola bilər.
Adətən qara pişik uğursuzluq kimi qəbul edilsə də, məhz bu gün qara pişiklə rastlaşmaq böyük uğura işarədir. Ən əsası, bu gün şəxsi planları heç kimə danışmaq, ümumiyyətlə qürrələnmək olmaz.
Xüsusən də qadınlara məhz bu gün saç kəsmək, uzaq səfərə tək çıxmaq tövsiyə olunmur.
Bizim.Media