Astara şəhərində ailədaxili mübahisə ölümlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Murad Kazımzadə yaşadıqları evdə anası, 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovaya bıçaqla 4 zərbə endirərək onu qətlə yetirib.
İlkin ehtimallara görə, hadisə qısqanclıq zəminində baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit tibbi ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu