5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi

5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi

Hazırda oxunan: 5 aydır itkin düşmüşdü - Polis qətlə yetirildiyini müəyyən etdi

266207

Cari il mart ayının 20-də Qazax rayon sakini 1994-cü il təvəllüdlü Sadıqov Tamerlan Mustafa oğlunun itkin düşməsi ilə bağlı daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, T.Sadıqovun meyiti qonşusu rayonun Aşağı Salahlı kənd sakini 1988-ci il təvəllüdlü Məmmədrzayev Xaliq Məmmədrza oğlunun yaşadığı evin həyətindəki quyudan tapılıb.
 

Araşdırmalarla X.Məmmədrzayevin martın 20-də aralarında yaranmış mübahisə zamanı T.Sadıqovu odlu silahdan açdığı atəşlə öldürüb quyuya atmasına dair əsaslı şübhələr müəyyənləşdirilib.


X.Məmmədrzayev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və ondan cinayət aləti olan 1 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkarlanıb.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO