Bu gündən magistraturaya qəbul üçün proqram və ixtisas seçimi başlayır

Bu gündən magistraturaya qəbul üçün proqram və ixtisas seçimi başlayır

Hazırda oxunan: Bu gündən magistraturaya qəbul üçün proqram və ixtisas seçimi başlayır

26619

Bu gündən etibarən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başlayır. 

Bizim.Media Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, ixtisaslaşma seçimi iyulun 5-dək aparılacaq. 

Proqram və ixtisaslaşma seçiminə magistraturaya 28 fevral və 26 may 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar. 

Məlumat üçün qeyd edək ki, bu il imtahanların 2 dəfə keçirilməsi ixtisaslaşma seçiminə buraxılanların sayına müsbət təsir edib.

16 624 bakalavr minimal tələbləri ödəyərək ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanıb. Ötən il müvafiq göstərici 11 615 nəfər olub. 

Müsabiqədə iştirak etmək hüququ olan bakalavrlar 2021-ci il iyunun 29-dan iyulun 5-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistra­tura­larına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Bakalavr hәr iki cәhddә iştirak etdiyi halda müsabiqәdә öz istәyinә әsasәn birinci vә ya ikinci imtahandan topladığı balla iştirak edir.

Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər. 

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ərizəsi"ndə proqram və ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO