Taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sürücülərin sayı AÇIQLANDI

Taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sürücülərin sayı AÇIQLANDI

Hazırda oxunan: Taksi fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sürücülərin sayı AÇIQLANDI

266057

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin yanvar-iyul aylarında taksi fəaliyyəti ilə məşğul olmaq üçün təqdim edilən sənədlərlə bağlı statistikanı açıqlayıb.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, hesabat dövründə 4 280 nəfər sürücü buraxılış vəsiqəsi, 10 315 avtomobil isə buraxılış kartı ilə təmin olunub.

Buraxılış vəsiqəsi birbaşa sürücüyə, buraxılış kartı isə taksi kimi istifadə ediləcək avtomobilə verilir.

Bu sənədlər olmadan taksi fəaliyyəti qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO