Azərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərmanda öz əksini tapıb.
Fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-nə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:38 / 19.08.2025
SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər YARADILACAQ – RƏSMİ
Hazırda oxunan: SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər YARADILACAQ – RƏSMİ
Hazırda oxunan: SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər YARADILACAQ – RƏSMİ
266000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.