Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq

Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq

Hazırda oxunan: Sabah Azərbaycanın bəzi bölgələrində yağış yağacaq

26536

Azərbaycanda iyunun 28-nə gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 31-36°, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 55-65 , gündüz 30-35 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq. 

İyunun 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir. 

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 28-dən 29-na keçən gecədən başlayaraq iyulun 1-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 10-15 metr olacağı, arabir 18, iyunun 30-u və iyulun 1-də yarımadanın bəzi yerlərində arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° enəcək. 

İyunun 29-u axşamdan iyulun 2-dək əsasən axşam və gecə saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir lokal leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-18 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir saniyədə 20-25 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-5° enəcək. Çaylarda sululuğun artacağı bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO