Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb.
Onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.
Araşdırmalarla onların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:20 / 14.08.2025
Polis Bakıda əməliyyat keçirdi – 2 qardaş TUTULDU
Hazırda oxunan: Polis Bakıda əməliyyat keçirdi – 2 qardaş TUTULDU
Hazırda oxunan: Polis Bakıda əməliyyat keçirdi – 2 qardaş TUTULDU
265175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.