Karantin cərimələri hələ ödənməyib – SİLİNƏ BİLƏRMİ? 

Karantin cərimələri hələ ödənməyib – SİLİNƏ BİLƏRMİ? 

Hazırda oxunan: Karantin cərimələri hələ ödənməyib – SİLİNƏ BİLƏRMİ? 

26503

Ötən il büdcədənkənar gəlirlərin məbləği əvvəlki illə müqayisədə artıb. Belə ki, bu məbləğ 596,1 mln. manat məbləğində olub ki, o da 2019-cu illə müqayisədə 17,2 mln. manat və ya 3,0 faiz çoxdur. Bu mənbədən ötən ilin büdcəsinə cəmi daxilolmaların 61,5 faizi və ya 366,6 milyon manat vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının artması hesabına baş verib.

Bizim.Media xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu “Facebook” hesabında qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qadağalar, karantin rejimləri sərtləşir - Dünya yenidən VİRUSUN CƏNGİNDƏ 


Onun sözlərinə görə büdcə gəlirlərinin formalaşmasında maliyyə sanksiyalarının, inzibati cərimələrin, vergilərin və dövlət rüsumlarının payı 1,5 faiz ətrafındadır:

“Əslində ötən il ərzində karantin rejiminin pozulmasına görə fərdlərə və biznes subyektlərinə tətbiq edilən inzibati cərimələr kifayət qədər çox olub. Bu isə onu deməyə əsas verir ki, onların ödədikləri cərimələrin çox hissəsi dövlət büdcəsinə daxil olmayıb. Məlumat üçün qeyd edim ki, cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürülür. Digər tərəfdən də bu mədaxil mənbəyi üzrə gəlirlər proqnozlaşdırılmış məbləğin 74,1 faizini təşkil edib, deməli hələ icra edilməmiş inzibati cərimələr də mövcuddur”. 

Ekspert sözügedən cərimələrin silinməsini təklif edib:

“Gürcüstan pandemiya dövründə özünütəcrid, karantin və qoruyucu maskadan düzgün istifadə qaydalarını pozan 245 min fərdi şəxslərin, eləcə də 344 biznes subyektinin cərimələrini ləğv edəcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO