Samuxda həmyerlisini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB 

Samuxda həmyerlisini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB 

Hazırda oxunan: Samuxda həmyerlisini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB 

26483

Samuxda həmyerlisini bıçaqlayan şəxs tutulub. 

Bizim.Media xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibovdur. 

O, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. 

*** 

Samuxda bıçaqlanma hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Çobanabdalı kəndində qeydə alınıb. 

Samux rayonunun Lək kənd sakini 1972-ci il təvəllüdlü Qəmbərov Elçin Qədimalı oğlu qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat götürülüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

İlkin məlumata görə, yaralı söyüş söydüyünə görə bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO