xa0Azərbaycanın işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu rejim o torpaqlara gələn əcnəbi turistlərin sayının artması üçün mümkün tədbirlərxa0 görür.xa0
Moderator.az xəbər verir ki, Rusiya mediasının verdiyi məlumata görə, rejimin “parlamenti” hesab olunan qanunsuz, saxta qurum dünən keçirdiyi iclasdaxa0 xarici turistlərin “torpaqbasdı” vergisini ləğv edib. Çıxış edən saxta üzdəniraq “deputat”lar Şuşa, Kəlbəcər, Laçın, Ağdərə və s. bölgələrin görməli yerlərinə gələn turistlərin qeydiyyata düşmək, vergi ödəmək üçün Xankəndinə getməli olaraqxa0 əlavə xərcə və əziyyətə düşdüklərini bildiriblər. Müzakirələrdən sonra qərara gəlinib ki, qeydiyyata düşmək rejimin təhlükəsizliyi üçün vacib olsa da, “torpaq basdı” vergisi ləğv edilməlidir.
P.S. Erməni rejiminə pul xərcləyən əcnəbilərin, Azərbaycan XİN-in isə “qara siyahı”sına düşənlərin sayı artacaq...
Sultan Laçın

































































































