Azərbaycanda uşaqların sayı azalmaqda davam edir - RƏQƏMLƏR

Azərbaycanda uşaqların sayı azalmaqda davam edir - RƏQƏMLƏR

Hazırda oxunan: Azərbaycanda uşaqların sayı azalmaqda davam edir - RƏQƏMLƏR

264312

2023-cü ildə Azərbaycanda uşaqların sayında bir qədər də azalma qeydə alınıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ildə 2 milyon 668 min olan uşaq sayı 2023-cü ildə 2 milyon 633 minə düşüb. Bir ildə uşaqların sayı 35 min nəfər azalıb. 


Uşaqların sayında azalma daha çox oğlanlarda müşahidə edilib. Oğlan uşaqlarının sayı bir ildə 20 min azalaraq 1,402 milyon nəfərə, qız uşaqlarının sayı 16 min nəfər azalaraq 1,231 min nəfərə enib. 


Son məlumata əsasən, Azərbaycan əhalisinin 25,8 faizi uşaqlardan ibarətdir. 


Xatırladaq ki, 2005-ci ildə ölkəmizdə 2,72 milyon uşaq olub və əhalinin 32 faizini uşaqlar təşkil edib. 


Vasif
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO