Nazirlər Kabinetinin keçmiş əməkdaşı vəfat etdi - FOTO

Nazirlər Kabinetinin keçmiş əməkdaşı vəfat etdi - FOTO

Hazırda oxunan: Nazirlər Kabinetinin keçmiş əməkdaşı vəfat etdi - FOTO

26424

Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Abbas oğlu Mazanlı vəfat edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı onun həmkarları sosial şəbəkələrdə məlumat yayıb.

Onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, İ.Mazanlı 1956-cı il fevral ayının 11-də Qərbi Azərbaycanın Çəmbərək (indiki Krasnoselo) rayonunun Cil kəndində anadan olub.

1996-2001-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti strukturuda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası İşçi qrupu rəhbərinin müavini, Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini – Beynəlxalq humantar təşkilatlarla iş bölməsinin müdiri vəzifələrində çalışıb.

2001-2011-cı illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Miqrasiya İformasiya Mərkəzinin direktoru vəzifəsində işləyib.

2003-cü ildən Bakı Dövlət Universiteti beynəlxalq jurnalistika kafedrasının dosentidir.

“Jurnalistika və müasir dövrün qlobal problemləri”, “Xarici ölkələrin müasir KİV sistemləri”, "Beynəlxalq həyat məsələlərinin KİV-də işıqlandırılması” və s. predmetlərdən mühazirələr oxuyub. Jurnalistikanın aktual problemlərinə aid 300-ədək elmi-nəzəri məqalənin və 5 kitabın müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO