Azərbaycanda sabahın hava PROQNOZU

Azərbaycanda sabahın hava PROQNOZU

Hazırda oxunan: Azərbaycanda sabahın hava PROQNOZU

26417

İyunun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcək. Şimal-şərq küləyi əsəcək.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.

Mənbə bildirir ki, havanın temperaturu gecə 23-26, gündüz 36-39, bəzi yerlərdə 40 dərəcə, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 , gündüz 30-35 faiz olacaq.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

İyunun 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 isti, gündüz 37-42 dərəcə isti, dağlarda gecə 15-20 isti, gündüz 28-33 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO