Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB - FOTO

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB - FOTO

26408

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib.

Bizim.Media xəbər verir ki, mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı atasına verilib.

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

***

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Həsrətov Elməddin Sərdar oğlunun nəşi artıq ailəsinin yaşadığı ünvana gətirilib, onunla vida mərasimi keçirilir.

Bizim.Media xəbər verir ki, vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.
 

MÖVZU İLƏ BAĞLI:

İtkin düşən 2 hərbi qulluqçumuzun nəşi tapıldı


Şəhid vida mərasimindən sonra Qarasuçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 21-də Goranboy rayonunun Qarasuçu kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub. O, ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi.

Allah rəhmət etsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO