Şəhid Elşən Yunisli dəfn edildi - YENİLƏNİB - FOTO

Şəhid Elşən Yunisli dəfn edildi - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Şəhid Elşən Yunisli dəfn edildi - YENİLƏNİB - FOTO

26405

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli dəfn edilib.

Bizim.Media xəbər verir ki, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edib.

E. Yunisli rayonun Təzəkənd kənd qəbiristanlığında dəfn edilib.

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

***

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli bu gün Şəmkir rayonunda dəfn ediləcək.

Bizim.Media xəbər verir ki, şəhidlə vida mərasimi onun ailəsinin yaşadığı Şəmkir rayonunun Təzəkənd kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İtkin düşən 2 hərbi qulluqçumuzun nəşi tapıldı


Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elşən Fazil oğlu Yunisli Şəmkir rayon Təzəkənd kəndində anadan olub. O, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub.

Ötən ilin 27 sentyabrından Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Döyüşlərin ilk günlərində ailəsi ilə əlaqə saxlayıb. Sonrakı müddətdə onunla əlaqə saxlamaq mümkün olmayıb.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş hərbçilərdən idi. Elşən Yunisli subay olub.

Allah rəhmət etsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO