Nəşi tapılan hərbçilərimizdən biri sabah dəfn ediləcək - FOTO

Nəşi tapılan hərbçilərimizdən biri sabah dəfn ediləcək - FOTO

Hazırda oxunan: Nəşi tapılan hərbçilərimizdən biri sabah dəfn ediləcək - FOTO

26345

Vətən müharibəsində şəhid olan hərbi qulluquçu Həsrətov Elməddin Sərdar oğlu sabah doğulduğu Goranboy rayonun Qarasuçu kəndində dəfn ediləcək.
Bizim.Media-nın xəbərinə görə, şəhid iyunun 27-də kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 27-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib.

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.

2020-ci ilin 27 sentyabrından Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Subay idi.

Allah rəhmət etsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO