İtkin düşən 2 hərbi qulluqçumuzun nəşi tapıldı

İtkin düşən 2 hərbi qulluqçumuzun nəşi tapıldı

Hazırda oxunan: İtkin düşən 2 hərbi qulluqçumuzun nəşi tapıldı

26337

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha 2 hərbi qullquçusunun meyiti tapılıb.

Bizim.Media-ya Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunmuşdur.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

ALLAHdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO