“Kənddən Şəhərə” - Həftəsonu yarmarkalar başladı

“Kənddən Şəhərə” - Həftəsonu yarmarkalar başladı

Hazırda oxunan: “Kənddən Şəhərə” - Həftəsonu yarmarkalar başladı

26320

Bu gündən Bakı şəhərində və Abşeron rayonunda - 3 fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başlayıb.

Bizim.Media-nın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, sabah başa çatacaq yarmarkalarda 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edir.

Yarmarkalarda fermerlər ümumilikdə 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirir.

Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək 

Həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd sakinləri təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi ünvanlar:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO