115 min manatlıq dələduzluqla bağlı araşdırma aparılır

115 min manatlıq dələduzluqla bağlı araşdırma aparılır

Hazırda oxunan: 115 min manatlıq dələduzluqla bağlı araşdırma aparılır

26277

İyunun 18-də Baş Prokurorluğun “İnstagram” sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilərkən Azad Sultanov adlı istifadəçinin Ruslan və Zaur adlı şəxslər tərəfindən “Çinarə lizinq” MMC-yə məxsus “Mercedes” markalı avtomobilin ona satılması adı ilə ümumilikdə 115 min manat məbləğində pulunun ələ keçirilməsi, bununla bağlı araşdırmanın qeyri-obyektiv aparılması ilə əlaqədar müraciəti daxil olub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirillib.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələrdə DƏLƏDUZLUQ - Bank kartındakı pulunuz mənimsənə bilər


Müəyyən edilib ki, Azad Sultanovun özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim edən Ruslan və onun tanışı Zaur adlı şəxslər tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi xüsusatı üzrə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılaraq 1 mart 2021-ci ildə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib.

Həmin qərar 25 iyun 2021-ci ildə ləğv edilərək toplanmış material rayon prokurorluğunun icraatına qəbul edilib.

Hazırda araşdırma davam edir, nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO