Paytaxtı bəzəyən bu gül zəhərlidir?- VİDEO

Paytaxtı bəzəyən bu gül zəhərlidir?- VİDEO

Hazırda oxunan: Paytaxtı bəzəyən bu gül zəhərlidir?- VİDEO

261878

Son günlər bəzi insanlar Bakının yaşıllaşmasında geniş istifadə edilən və “söyüd gülü” kimi tanınan “oleandr”ın zəhərli olduğunu bildiriblər. 

 

Sfera.az Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin gülün yarpaqları söyüd ağacına bənzəyir. İstiyə, soyuğa, susuzluğa dözümlüdür. Elə bu xüsusiyyətlərinə görə də yaşıllaşdırmada geniş istifadə olunur.

 

Bioloq Həsən Babayev deyir ki, bu güllər Bakıya məqsədli şəkildə gətirilib.

 

Alimin sözlərinə görə, dünyada, o cümlədən Azərbaycanda hələ bu güldən ölən olmayıb. O ki qaldı zəhərlənmə məsələsinə, Həsən Babayev bildirib ki, hər bir bitkinin tərkibində zərərli və zəhərli birləşmələr var. “Oleandr” da onlardan biridir.  Qeyd edək ki, dünyanın müxtəlif ölkələri yaşıllaşdırmada “oleandr” bitkisindən geniş istifadə edirlər.

 

Daha ətraflı videomaterialda:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO