Paylayıcı qutu yararsız hala salındı, yol qəzası baş verdi - FOTO

Paylayıcı qutu yararsız hala salındı, yol qəzası baş verdi - FOTO

Hazırda oxunan: Paylayıcı qutu yararsız hala salındı, yol qəzası baş verdi - FOTO

26146

Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə aid çoxfunksiyalı paylayıcı qutu zədələnərək tam yararsız hala salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyidən məlumat verilib.

Bildirilib ki, “Nərimanov ESTATE” tikinti şirkəti nəqliyyat axınının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edən avadanlığı qeyri-qanuni olaraq tikinti sahəsinə daxil edərək çəpərləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yol qəzası tıxaca səbəb oldu - FOTO


Üzərində avadanlığın Bakı Nəqliyyat Agentliyinə məxsus olması və onun zədələnməməsi barədə xəbərdarlıq olmasına baxmayaraq tikinti şirkəti buna məhəl qoymayıb: "23.06.2021 tarixində isə “Nərimanov ESTATE” şirkəti tərəfindən tikinti sahəsində aparılan iş zamanı idarəetmə lövhəsi dağıdılıb.

Tikinti şirkətinin məsuliyyətsiz və qanuna zidd əməli nəticəsində Təbriz küçəsi və ətraf ərazilərdə ümumilikdə sahə avadanlıqlarının işində, o cümlədən iki yol ayrıcında svetoforun, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı “BakıKart” ödəmə terminallarının işi tamamilə dayanıb.

Yol ayrıcından svetoforun işləməməsi səbəbindən Təbriz-Əhmədbəy Ağaoğlu küçlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi də qeydə alınıb".

Bildirilib ki, məsələ ilə bağlı hüquqi addımların atılmasına başlanılıb və müvafiq aktlar tərtib olunaraq digər zəruri sənədlərlə birgə hüquq mühafizə oqranlarına təqdim olunacaq.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO