Ruhun şad olsun, Fərman Kərimzadə!

Ruhun şad olsun, Fərman Kərimzadə!

Hazırda oxunan: Ruhun şad olsun, Fərman Kərimzadə!

261296
Ötən əsrin 80-ci illərinin gəncləri onun kitablarını acgözlüklə oxuyurdu. İlk dəfə Şah İsmayıl Xətaini bizə o, tanıtdırdı, Abbasqulu ağa Şadlinskini o, sevdirdi. Əsərləri çoxumuzun evində masaüstü kitab idi. Onu yaxından görməyi, onunla ünsiyyətdə olmağı hər bir kitabsevər arzulayırdı...
Bəli, Fərman Kərimzadə Azərbaycanın sevilən yazarlarından biri olub. O, 1937-ci ildə Vedi rayonunun Böyük Vedi kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini doğma yurdda alsa da, orta məktəbi Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdi. 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxumuşdu...xa0
Yaşadığı müddətdə bir sıra informasiya vasitələrində çalışıb.
Yaradanın işinə qarışmaq olmaz, hər kəsə var olmaq üçün möhlət verib. Biz ona ömür deyirik. Xoşbəxt o kəslərdir ki, ömrünü xalqa xərcləyə bilir, özündən sonra yadigar saxlamağı bacarır.
"Çaldıran döyüşü", "Xudafərin körpüsü", "Təbriz namusu", "Qarlı aşırım", "Qoca qartalın ölümü" və sair məşhur əsərlər də ondan yadigar qalıb…xa0
Fərman Kərimzadə 1989-cu il mart ayının 17-də, 52 yaşında vəfat edib. Yaşasaydı martın 3-də 82 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO