Bir rayonda QAZ OLMAYACAQ

Bir rayonda QAZ OLMAYACAQ

Hazırda oxunan: Bir rayonda QAZ OLMAYACAQ

261065

Şəki rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı ortatəzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədilə 24.07.2025-ci il tarixdə saat 9:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində cəmi 1 474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO