Görkəmli diplomat və partiya rəsmilərindən Ümumavropa Qarabağ mitinqinə  ÇAĞIRIŞ

Görkəmli diplomat və partiya rəsmilərindən Ümumavropa Qarabağ mitinqinə ÇAĞIRIŞ

Hazırda oxunan: Görkəmli diplomat və partiya rəsmilərindən Ümumavropa Qarabağ mitinqinə ÇAĞIRIŞ

260039

Sabah – fevralın 23-də dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlaxadrının təşəbbüsü ilə Avropanın siyasi mərkəzi olan Brüssel şəhərində (Lüksemxadburq meydanında) “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” və s. şüarlarla Ümumavropa Qarabağ mitinqi keçiriləcək.

Moderator.az xəbər verir ki, örkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordeninə layiq görülmüş Ramiz Abutalıbovxa0Modern.az-a açıqlamasındaxa0fevralın 23-nə təyin olunan “Xocalıya ədalət” mitinqini dəstəklədiyini vurğulayıb və xaricdəki həmvətənlərimizə çağırış edib:

xa0

“Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Avropanın siyasi mərkəzi olan Brüsseldə xa0Ümumavropa Qarabağ mitinqinin keçirilmə təşəbbüsünü ancaq alqışlamaq olar. Çox gözəl təşəbbüsdür. Təki hər zaman bu cür təşəbbüslər irəli sürülsün. Belə mitinqlərin keçirilməsi xarici Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb edəcək. Böyük mitinqlər həmişə insanları cəlb edir. Böyük kütlələr informasiya qaynağına səbəb olur. Düşünürəm ki, bu cür tədbirlər informasiya nöqteyi-nəzərindən çox faydalı olduğu kimi, xalqın birliyini də nümayiş etdirir. Mən Avropada yaşayan azərbaycanlıları sabahkı mitinqə çağırıram”.



Azərbaycan Demokrat Pariyasının sədri Sərdar Cəlaloğlu də təşəbbüsü dəstəkləyərək, Ümumavropa Qarabağ mitinqində iştirakı vacib sayıb:

“Bizim partiyamızın Brüsseldə üzvü yoxdu. Xaricdəki az sayda üzvümüz əsasən Norveçdə və İsveçdə yaşayır. Əgər onların Brüsselə getməyə imkanları olsa, mütləq həmin aksiyada iştirak edəcəklər. Ümumilikdə belə mitinqlərin təşkil olunması müsbət haldır. Yalnız Brüsseldə deyil, Avropanın, Amerikanın böyük şəhərlərində belə mitinqlər təşkil olunmalıdır. Xocalı soyqırımı, erməni vəhşiliyinin dünyaya çatdırmaq üçün daha çox addımlar atılmalıdır”.

xa0

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbərixa0Gülağa Aslanlı xaricdəki müsavatçıların çağırış olmadan da həmin aksiyaya qatılacaqlarını qeyd edib:

“Bununla bağlı hər hansı bir çağırışa ehtiyac yoxdur. Brüsseldə olan Müsavat üzvləri mitinqdə mütləq iştirak edəcək. Ümumilikdə Xocalı soyqırımı ilə bağlı dünyanın hər hansı bir yerində mitinq, yürüş olursa müsavatçılar orada iştirak edirlər. Erməni vəhşiliyini sübut etmək istiqamətində keçirilən bütün tədbirlərdə bizim partiyamızın üzvləri iştirak edirlər. Erməni vəhşiliyini dünyaya çatdırmaq üçün atılan hər bir addım təqdirəlayiqdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO