Qusarın Minəxür kəndinin problemləri dinlənildi - FOTO

Qusarın Minəxür kəndinin problemləri dinlənildi - FOTO

Hazırda oxunan: Qusarın Minəxür kəndinin problemləri dinlənildi - FOTO

259250

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun rayonun Minəxür kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, görüşdə S. Məmmədxanov ilə yanaşı, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
 

Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən müxtəlif sahələri əhatə edən bir sıra məsələlər qaldırılıb. Ən aktual problemlər sırasında içməli və suvarma suyunun çatışmazlığı, istismar müddətini başa vurmuş elektrik xəttləri və dirəklərinin yenilənməsi, kənd yollarının əsaslı təmiri, kənd məktəb binasının təmiri yer alıb.


Sakinlər həmçinin özünüməşğulluq proqramlarına qoşulmaqda dəstək göstərilməsi, işlə təminat məsələləri və digər sosial-iqtisadi xarakterli mövzularla bağlı müraciətlərini səsləndiriblər.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, sakinlərə məsələlərin mahiyyəti izah olunub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO