Xankəndiyə yenə İran maşınları axışır - FOTO 

Xankəndiyə yenə İran maşınları axışır - FOTO 

Hazırda oxunan: Xankəndiyə yenə İran maşınları axışır - FOTO 

25913

İyunun 19-da günorta saatlarında İrandan Ermənistana keçən ağırtonnajlı yük avtomobilləri yenə Xankəndinə doğru hərəkət edib. 

Bizim.Media xəbər verir ki, üzərində İran bayrağı olan 124872 (fars rəqəmləri ilə) ban nömrəli yük maşını dövlət qeydiyyat nömrəsini dəyişərək Ermənistana məxsus 16US195 dövlət nömrə qeydiyyatı ilə Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan postdan asanlıqla keçərək Xankəndinə istiqamətlənib. 
 

MÖVZU İLƏ BAĞLI:

İran Ermənistan üzərindən Qarabağa şübhəli yük daşıyır – Yeni VİDEOGÖRÜNTÜLƏR


"HAMNAFAS" yazılı yük maşını axşam saatlarında elə həmin gün saat 17 radələrində geri qayıdıb, Ermənistana keçib. 

022DL99 dövlət nömrə nişanlı, üzərində "ARK TABRİZ" yazılan yanacaqdaşıyan yük maşını Xankəndiyə yollanıb və geri dönməyib. 

İranlı sürücülər artıq yeni "fənd"dən istifadə edirlər: onlar Ermənistan ərazisinə daxil olanda İranın dövlət nömrə nişanlarını çıxarır, avtomobilə Ermənistan nömrələri vuraraq Xankəndinə gedirlər. 

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO