"Tükdönməsi" əməliyyatında komaya düşən xəstə 81 gün sonra VƏFAT ETDİ

"Tükdönməsi" əməliyyatında komaya düşən xəstə 81 gün sonra VƏFAT ETDİ

Hazırda oxunan: "Tükdönməsi" əməliyyatında komaya düşən xəstə 81 gün sonra VƏFAT ETDİ

258345

Komaya düşən Ucar sakini 81 gün sonra dünyasını dəyişdi.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, 1999-cu il təvəllüdlü Sübhan Hüseynov müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

Aprel ayının 15-də səhhətində yaranmış problemlə əlaqədar olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən rayonun Qazyan kənd sakini, 26 yaşlı Sübhan İlham oğlu Hüseynova bel nahiyyəsində olan dermoid kistadan (tükdönməsi) əməliyyat olunması məsləhət görülüb.

Əməliyyata hazırlanan Sübhan Hüseynova verilən narkozdan sonra komatoz vəziyyətində reanimasiyya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan xəstə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə hospitalizasiya olunmuşdu.

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO