Rusiyada daha iki azərbaycanlı ilə bağlı qərar verildi – VİDEO

Rusiyada daha iki azərbaycanlı ilə bağlı qərar verildi – VİDEO

Hazırda oxunan: Rusiyada daha iki azərbaycanlı ilə bağlı qərar verildi – VİDEO

258300

Rusiyanın Orenburq şəhər məhkəməsi “Zaur Naxçıvanski” kimi tanınan azərbaycanlı Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib.

Bizim.Media xəbər verir ki, bu barədə “Ria Novosti” məıumat yayıb.
 

Bildirilib ki, iyulun 2-də saxlanılan şəxs ən azı sentyabrın 3-nə qədər həbsdə qalacaq.


40 yaşlı Zaur Şipilov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında yüksək vəzifə tutma) maddəsi üzrə ittiham olunur. Onun tanınmış azərbaycanlı kriminal avtoritet Bayram Talıbovun oğlu olması bildirilib.

Bundan başqa, iyulun 4-də Rusiyada daha bir azərbaycanlı Vaqif Süleymanovun (“Vaqif Bakinski”) saxlanılması barədə məlumat yayılıb.

“Kommersant” həmin şəxsin Rusiyada miqrasiya qaydalarını pozduğuna görə tutulduğunu yazıb. Süleymanov Saxarovodakı miqrasiya mərkəzinin xüsusi təcridxanasına aparılıb. O burada 3 ay saxlanıldıqdan sonra Azərbaycana deportasiya ediləcək.

Qeyd edək ki, hər iki şəxsin “qanuni oğru” kimi tanındığı deyilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO