İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, iyunun 21 saat 17 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində rayon sakini Elmir Orucov idarə etdiyi avtomaşınla, sərnişinləri Rəşad İmanov və Bağman Kərimov ilə birlikdə işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyərkən saxlanılıblar. Polis şöbəsinə gətirilərək onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq ediliblər.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü E.Orucov 10 gün müddətinə inzibati qaydada həbs edilib, sərnişinlərin isə hər birinə 200 manat məbləğində cərimə tətbiq olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:41 / 22.06.2021
Azad edilən ərazilərə kənar yollarla keçərkən tutuldular
Hazırda oxunan: Azad edilən ərazilərə kənar yollarla keçərkən tutuldular
Hazırda oxunan: Azad edilən ərazilərə kənar yollarla keçərkən tutuldular
25821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.