“O, çox tələbatlı aktyor idi, yəni hər yerdə ona ehtiyac duyulurdu”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova həmkarı Əsgər Məmmədoğlu haqqında danışarkən deyib. F.Mütəllimova həmkarının həmişə özünəməxsus rollar yaratdığını bildirib:
“Əsgər Məmmədoğlu ilə “Bəyin oğurlanması” filmində oynamışıq. Bundan başqa “Varlı qadın” tamaşasında o, tərəf müqabilim olub. “Yad qadının məktubu” tamaşasında da oynamışıq. O, çox tələbatlı aktyor idi, yəni hər yerdə ona ehtiyac duyulurdu. Onun özünəməxus rolları var idi. Çox gözəl insan idi, heç kimin qəlbinə dəymirdi. Sənət aləmində bilirsiniz ki, çox adam üzlü olur, gedib nəyisə tələb edir, amma o, tamam fərqli bir insan idi. Heç kimdən, heç nə tələb etmirdi. Yaxşı yoldaş, dost idi, bir-birimizi çox istəyirdik”.xa0

Qeyd edək ki, bu gün mərhum aktyor, əməkdar artist Əsgər Məmmədoğlunun doğum günüdür. O, 1946-cı il fevralın 9-da Bakıda anadan olub. Ə.Məmmədoğlu 2015-ci il dekabrın 21-də dünyasını dəyişib.xa0
Vasif Əlihüseyn





























































































